"EFFEKTA" şirkəti 2014 cü il tarixindən öz fəaliyyətinə başlayıb. 6 ildən çoxdur ki, şirkətimiz Azərbaycanın tibb bazarını Avropanın aparıcı istehsalçılarının etibarlı, müasir tibbi avadanlıqları və keyfiyyətli məhsulları ilə təmin edir.
İllər boyu qazanılmış peşəkar təcrübəmiz, istehsalçılarla və son istifadəçilərlə (həkimlər, idarə heyəti, menecerlər və orta tibb işçiləri) birbaşa olan əlaqəmiz ən keyfiyyətli avadanlıqları yerli bazarda sərfəli qiymətə təklif etməyə imkan verir.
Şüarımız: "SƏRFƏLİ QİYMƏTƏ YÜKSƏK KEYFİYYƏT" artıq reallığa çevrildi.
Hər hansı bir avadanlığın, mebelin, hansısa məhsulun təchizatı birbaşa istehsalçıdan və ya Bakıdakı anbarımızdan həyata keçirilir. Təchizat və texniki xidmətlə əlaqədar bütün məsələlərə diqqət yetiririk.
İstismara verildikdən sonra təqdim etdiyimiz məhsullara dair zəmanətli xidmət təqdim edirik.
Bizim partnerlarımız tək gələcəyə baxan böyük tibbi klinikalar deyil, hətta sadə həkimlər və onların minnətdar xəstələridir.
Daimi müştərilər üçün əsnək endirim sistemi var. Təchizatın şərtləri və maliyyələşdirmə variantları optimallaşdırılmışdır.
EFFEKTA şirkətinin stokunda hər zaman Avropa istehsalı olan avadanlıq və tibbi malzəmələrinə rast gəlmək olar. Evdə yataq rejimində müalicə alan xəstələrin ehtiyyaclarını qarşılayan məhsulların böyük ceşidi mövcüddur.
2019-cu ildən başlayaraq Tibbi carpayıların kirayəsinə başladı və bu sektorun liderinə çevrildi. Yarandığı gündən sektorda keyfiyyət, etibarlılıq, müştəri məmnuniyyəti və peşəkarlığı ön planda tutan komandamız 24/7 saat xidmət verməkdədir.