Çarpayıyanı monitor Comen C50

Reanimasiya şöbələri, əməliyyatxanalar və intensiv terapiya şöbələrində pasiyentlərin vəziyyətinə nəzarət etmək üçün nəzərdə tutulmuş cihazdır.
Ev şəraitində də istifadə oluna bilər. Pasiyentin həyati vacib funksiyalarının ölçülməsi üçün istifadə olunan çoxfunksiyalı aparatdır.
Ekran sensorludur və bu xüsusiyyət monitordan istifadəsini asanlaşdırır.

İstehsalçı: Comen (Çin)

Model: C50

Əsas parametrlər:
EKQ monitorinq (ST-seqmenti və aritmiyanın təhlili daxil olmaqla), arterial təzyiqin (invaziv (İBP) və qeyri-invaziv (NİBP)), 
bədən hərarətinin, nəfəsalmanın, nəbzin, SpO2, EtCO2 monitorinqi; OxyCRG (oksikardiorespiroqramma), anestetik qazların monitorinqi; 
NİCO və İCO; anesteziya dərinliyi (DOA); böyrək funksiyasının təhlili, hemodinamik hesablanma, oksigenasiya, ventilyasiya, dərman 
preparatlarının hesablanması.
İş rejimləri: monitorinq, gecə rejimi, demonstrasiya, gözləmə, məxfilik rejimi.
Ekran: 10.4 düym rəngli sensorlu (touchscreen) maye-kristallik displey.
Akkumulyatordan iş vaxtı: 4 saata qədər.
Copyright © 2022 effekta.az. Dizayn: Innoa design